Bakıda ən ucuz yükdaşıma xidməti

Ev, ofis köçürülməsi, ağır yüklərin daşınması, mebel ustası və təmizlik xidmətləri – Hamsı bir ünvanda!

Ev və ofis təmizlik xidməti

Həyatınızın və ya biznesinizin bir hissəsini yeni ünvana daşımaq məsuliyyətli işdir. Biz, yük daşıma xidməti sahəsində illərin təcrübəsi ilə əşyalarınızın təhlükəsizliyini təmin edirik. İstər ev köçürülməsi, istərsə də ofis daşınması olsun, peşəkar komandamız hər bir detala xüsusi diqqət yetirir.

Sürətli və
təhlükəsiz
Onlayn sifariş edin

İncəli Yükdaşıma, Azərbaycan bazarında 8 ildən artıq təcrübəyə malik olan, müştərilərinə kompleks köçürülmə və logistika xidmətləri təqdim edən qabaqcıl şirkətdir. Şirkət həm fərdi, həm də korporativ müştərilər üçün ev, ofis və ağır sənaye yüklərinin daşınması sahəsində ixtisaslaşmışdır.

İncəli Yük daşıma şirkətinin üstünlükləri

Bizim sizlərə təklif etdiklərimiz

Hər Müştəriyə Özəl Yanaşma və 100% Məmnuniyyət
Bizim üçün hər bir daşınma fərdi bir layihədir. Müştəri məmnuniyyəti bizim üçün sadəcə söz deyil, işimizin təməlidir. Hər bir əşyanıza öz əşyamız kimi qayğı ilə yanaşırıq.
Rəsmi Zəmanət və Sığortalı Daşınma
Etimadınız bizim üçün dəyərlidir. Şirkətimiz tərəfindən daşınan bütün əşyalar tam sığortalanıb. İşimizə tam zəmanət veririk – yükləriniz İncəli Yükdaşıma ilə tam təhlükəsizlikdədir.
"10+1" Hədiyyə Kampaniyası və Eksklüziv Endirimlər
Mütəmadi müştərilərimizi unutmuruq! Bizimlə mütəmadi əməkdaşlıq edənlər üçün hər 10-cu sifariş tamamilə HƏDİYYƏDİR. Bundan əlavə, mövsümi və mütəmadi endirim aksiyalarımızla büdcənizə qənaət edirik.
7/24 Operativ Dəstək və Onlayn Sifariş
Günün istənilən saatı, həftənin hər günü xidmətinizdəyik. İstər onlayn platformamız vasitəsilə, istərsə də birbaşa zənglə sifarişinizi cəmi bir neçə saniyəyə rəsmiləşdirə bilərsiniz.
Düşünmədən Zəng Edin, Razı Qalın!
Yükünüzün həcmindən asılı olmayaraq, peşəkar məsləhət və sürətli xidmət üçün birbaşa əlaqə saxlayın. Sualınız varsa, mütəxəssisimiz 7/24 texniki dəstək üçün xəttədir.
Tam sığortalı Daşınma
Bütün daşınan əşyalarınız şirkətimiz tərəfindən rəsmi sığortalanıb.
Ən çox verilən suallar
Aşağıdakı hissədə müştərilərimizin hər zaman soruşduğu sualları bir yerdə cəmləşdirib saytda paylaşmışıq. Əlavə suallarınızla bağlı "Əlaqə" səhifəsindən bizə yaza və ya əlaqə telefonlarımıza zəng edə bilərsiniz.
Bina evində lift işləməsə və ya əşya liftə sığmasa nə dərəcədə əlavə ödəniş olur?

Bu, ən çox rast gəlinən problemdir. Bizdə qiymətləndirmə zamanı liftin vəziyyəti əvvəlcədən nəzərə alınır. Əgər əşya (məsələn, böyük soyuducu və ya divan) liftə sığmırsa, peşəkar fəhlə briqadamız mərtəbə sayına uyğun ən optimal və şəffaf qiymətlə pilləkənlə yükdaşıma təşkil edir.

Mebel söküləndən sonra yeni evdə eyni möhkəmlikdə qalacağına zəmanət verirsiniz?

Bəli. Bir çox usta mebeli sökərkən bolt və detalları zədələyir. Bizim "Karyera və Təlim" proqramımızdan keçmiş ustalarımız hər bir mebel növünə (MDV, laminat və ya klassik) uyğun alətlərlə işləyir. Mebellərin daşınması zamanı mebelləriniz yeni ünvanda zavod standartlarına uyğun, silkələnmədən və səssiz şəkildə quraşdırılır.

Yağışlı və ya qarlı havada əşyaların islanmaması üçün hansı tədbirlər görülür?

Hava şəraitindən asılı olmayaraq, bütün xidmətlərimizdə (xüsusilə mebel və qablaşdırma) xüsusi sukeçirməyən (streç və qat-qat plyonka) materiallardan istifadə edirik. Yük maşınlarımızın kuzov hissəsi tam qapalı və izolyasiyalıdır, bu da əşyalarınızın rütubətdən qorunmasını təmin edir.

Avtomobilim yolda qalıb, amma yanında deyıləm. Mənim iştirakım olmadan evakuasiya edə bilərsiniz?

Bəli, bu mümkündür. 7/24 operativ evakuasiya xidmətimiz çərçivəsində, siz avtomobilin sənədlərini və açarını etibar etdiyiniz şəxs vasitəsilə bizə ötürə bilərsiniz. Avtomobilin daşınması, yüklənmə və boşaldılma prosesi sizə video/foto formatda hesabat olaraq göndərilir.

Evimdə təmir gedir, əşyalarımı 1 aylıq harada saxlaya bilərəm?

Bunun üçün bizim xüsusi anbar xidmətimiz mövcuddur. Əşyalarınızı evdən paketləyib götürürük, nömrələnmiş şəkildə mühafizə olunan anbara yerləşdiririk və təmiriniz bitən kimi geri gətiririk. Siz sadəcə istifadə etdiyiniz müddət üçün ödəniş edirsiniz.

"Ustaları öyrədirik" deyirsiniz, bu mənim əşyamın təcrübə poliqonu olacağı anlamına gəlirmi?

Qətiyyən yox. Təcrübəçilər yalnız daxili təlim mərkəzimizdə, xüsusi maketlər üzərində öyrənirlər. Müştəri ünvanına yalnız imtahandan keçmiş və sertifikat almış peşəkar ustalar göndərilir. Bu sistem bizim xidmət keyfiyyətimizin sabit qalmasına xidmət edir.

Əşyam yükdaşınma zamanı cızılsa və ya qırılsa proses necə tənzimlənir?

İşimizə tam zəmanət veririk və bütün əşyalar sığortalanıb. Əgər bizim komandanın səhvi ucbatından hər hansı zədə yaranarsa, zərər dərhal qiymətləndirilir və ya təmir olunur, ya da bazar dəyərinə uyğun kompensasiya ödənilir.

Illik tecrube
8
İllik təcrübə
Emekdas
80+
Əməkdaş
Texniki avadanliq
24+
Texniki avadanlıq
Memnuniyyet
100%
Məmnuniyyət

Onlayn sifariş edin

Aşağıdakı formu doldurduqdan sonra əməkdaşlarımız gün içində sizinlə əlaqə saxlayacaqlar.
×